Rusiyanın Oryol bölgəsindəki bütün “Rosneft”” və Qazprom” yanacaqdoldurma məntəqələri nəqliyyat vasitələrinin nömrə nişanlarına əsasən benzin verməyə başlayacaq.
Bu barədə “Telegram” kanallarında məlumat yayılıb.
Məlumata görə, şənbə günləri 0 və 1 ilə başlayan nömrə nişanları, bazar günü 2 və 3 ilə başlayan nömrə nişanları, bazar ertəsi günü 4 və 5 ilə başlayan nömrə nişanları, çərşənbə axşamı günü isə 6, 7, 8, 9 ilə başlayan nömrə nişanlarına yanacaq doldurmağa icazə veriləcək.




