Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətlər qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb”, – DİN-in məlumatında bildirilib.
Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir.




