Medvedevdən Ermənistana xəbərdarlıq: “Ağır nəticələrə səbəb olacaq!”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” (Yedinaya Rossiya) Partiyasının sədri Dmitri Medvedev Ermənistana xəbərdarlıq xarakterli mesaj ünvanlayıb.

O, Rusiyanın Ermənistan rəhbərliyinin əsl niyyətlərini onların davranış və fəaliyyətlərinə əsasən qiymətləndirəcəyini açıqlayıb.

Siyasətçi deyib: “Ölkəmiz Ermənistan hakimiyyətinin əsl niyyətlərini onların faktiki hərəkətlərinə əsasən qiymətləndirəcək”.

Medvedevin sözlərinə görə, Rusiya ilə əlaqələrin kəsilməsi adi Ermənistan vətəndaşları üçün “qaçılmaz və ağır nəticələrə” səbəb olacaq.

Xatırladaq ki, iyunun 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirilməsi ehtimalının olduğunu gizlətməyib. O bildirib ki, səsvermə yalnız İrəvan rəsmi olaraq Brüsseldən namizədliyini nəzərdən keçirməsini xahiş etdikdən və müvafiq status aldıqdan sonra baş tuta bilər.