Aİ Venesuelaya zəlzələdən sonra 5 milyon avro yardım ayırdı

Avropa İttifaqı (Aİ) Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra təcili humanitar yardım məqsədilə 5 milyon avro vəsait ayırıb.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” platformasında bildirib ki, bu qərar Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ilə aparılan danışıqlardan sonra qəbul edilib.

Qeyd olunub ki, ayrılan vəsait zərərçəkmiş icmaların təcili ehtiyaclarının qarşılanmasına yönəldilib. Bundan əlavə, Avropa Mülki Müdafiə Mexanizmi aktivləşdirilib və bir sıra üzv ölkələr tərəfindən axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibbi heyət bölgəyə göndərilib.