Fransada anomal istilər: Dörd uşaq bağlı avtomobillərdə həyatını itirdi

Fransada qeydə alınan anomal istilər dörd azyaşlının faciəvi ölümünə yol açıb.

Bu barədə “The Guardian” nəşri yazıb.

Məlumata görə, cümə günü Marsel şəhərindəki xəstəxana 18 aylıq körpənin təcili yardım şöbəsində vəfat etdiyini açıqlayıb. Azyaşlı maşında hipertermiya vəziyyətində aşkarlanıb.

Məqalədə, həmçinin bildirilir ki, həftənin əvvəlində Parisin ətrafında üç yaşlı oğlan ölü tapılıb. O, maşına mindikdən sonra uşaqlar üçün qapıların bloklanma sistemi işə düşüb. Bundan əlavə, yaşayış binasının dayanacağındakı avtomobildə iki və dörd yaşlı daha iki uşağın cəsədi aşkarlanıb.