Bu gün biz rahat və təhlükəsiz yaşayırıqsa, bunun arxasında gecəsini gündüzünə qatan, Vətənin keşiyində ayıq-sayıq dayanan igid hərbçilərimizin əməyi dayanır. Quruda, suda və havada Azərbaycanın ərazi bütövlüyünü və dövlət müstəqilliyini qoruyan hər bir hərbi qulluqçu xalqımızın qürur mənbəyidir.
Bu əlamətdar gündə Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, onların əziz xatirəsi önündə baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə möhkəm can sağlığı, hərbçilərimizə isə şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıram.
Qüdrətli Ordumuz, Güclü Dövlətimiz, Yaşasın Azərbaycan!
26 İyun – Silahlı Qüvvələr Gününüz mübarək
Təranə Alməmmədova




