Kiyev mövqeyini dəyişə bilər – BMT Təhlükəsizlik Şurası tənqid edildi

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda Kiyevin müharibənin nizamlanması çərçivəsində atəşkəs yanaşmasını dəyişə biləcəyini istisna etməyib.

Məlumatı “Strana.ua” yayıb.

Diplomat bildirib ki, əgər BMT Təhlükəsizlik Şurası münaqişəyə dair “gözləmə mövqeyini” davam etdirərsə, Ukrayna təkliflərini yenidən nəzərdən keçirə bilər.

Onun sözlərinə görə, cəbhə xətti boyunca atəşin dayandırılması belə Kiyev üçün artıq böyük kompromis hesab olunur və Ukrayna hakimiyyəti Rusiya ilə birbaşa danışıqlara sonsuzadək hazır deyil.

Melnik həmçinin BMT Təhlükəsizlik Şurasını Ukraynanın təqdim etdiyi “tam və şərtsiz atəşkəs” təşəbbüslərinə yetərli dəstək verməməkdə tənqid edib.