Fransanın keçmiş prezidenti, general Şarl de Qollun (1959-1969) nəvəsi və Millətlər Arasında Sülh və Dostluq Fondunun rəhbəri Pyer de Qoll Rusiya vətəndaşı olmaq istədiyini açıqlayıb.
O, bu açıqlamanı 24-26 sentyabr tarixlərində keçirilən 12-ci Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumundan sonra TASS agentliyinə verdiyi müsahibədə verib.
“Bu, sizin prezidentinizin qərarı olmalıdır. Vaxtı gələndə bəlkə də qərar veriləcək. Mən bunu çox istərdim”, – deyə siyasətçi bildirib.
De Qoll əlavə edib ki, ailəsi və uşaqları ilə birlikdə Rusiyada yaşamağı səbirsizliklə gözləyir:
“Rusiya pasportları almaq onlar üçün şərəf olardı”.
O, Fransa ilə Rusiya arasında “körpülər qurmaq” üçün əlindən gələni etdiyini bildirib.
Pyer de Qoll daha əvvəl Qərb ölkələrinin Rusiyanı təcrid etməyə çalışdıqlarını, lakin məqsədlərinə çata bilmədiklərini bildirmişdi.



