Fransa Prezidenti Emmanuel Makron müxtəlif tapşırıqlar üçün müntəzəm olaraq süni intellekt texnologiyalarından istifadə etdiyini bildirib.
Makron bu barədə “France 2″yə verdiyi açıqlamada deyib
“Mən ondan (süni intellektdən), əlbəttə ki, bir çox məqsədlər üçün istifadə edirəm”, – deyə o bildirib.
Makron həmçinin qərar qəbuletmə və ya prezidentlik funksiyalarını süni intellekt sistemlərinə həvalə etmədiyini vurğulayıb.




