Dünyanın ən sağlam meyvələri açıqlandı – SİYAHI

Dünyanın ən sağlam meyvələrinin reytinq cədvəli açıqlanıb və siyahıda yer alan bəzi məhsullar qidalanma mütəxəssislərini belə təəccübləndirib. Bu meyvələr orqanizmi zərərli maddələrdən arındırmaqla yanaşı, həm də hüceyrə səviyyəsində bərpaedici gücə malikdir.

Aparılan son tədqiqatlar nəticəsində insan sağlamlığı üçün ən effektiv olan 10 meyvə müəyyən edilib.

Siyahıda həm ekzotik, həm də regionumuzda geniş yayılan və hər kəsin süfrəsində olan meyvələr yer alıb. Xüsusilə Türkiyə və Azərbaycan mətbəxinin əvəzedilməz lezzətlərindən sayılan əncirin bu siyahıda xüsusi çəkisinin olması diqqət çəkib.

Məlum olub ki, limon və portağal kimi sitrus meyvələri immuniteti gücləndirməklə bərabər, həm də qan dövranını sürətləndirir. Antikoksidantlarla zəngin olan nar və qara tut isə xərçəng hüceyrələrinin yaranma riskini minimuma endirir.

Siyahıda yer alan meyvələrin tam siyahısı aşağıdakı kimidir:

Limon – İmmuniteti zirvəyə daşıyır və daxili infeksiyalarla mübarizə aparır.

Çiyələk – Ürək əzələlərini qoruyur və iltihab proseslərini ləngidir.

Portağal – Dərini gəncləşdirir və sərbəst radikalları neytrallaşdırır.

Qaragilə – Beyin fəaliyyətini stimullaşdırır və görmə qabiliyyətini yaxşılaşdırır.

Alma – Həzm prosesini normallaşdırır və xolesterolu tənzimləyir.

Nar – Güclü enerji mənbəyidir və damarların elastikliyini qoruyur.

Qara tut – Qan azlığı problemini aradan qaldırır və bədəni gümrah saxlayır.

Avokado – Faydalı yağlarla beyni qidalandırır və ürəyi qoruyur.

Əncir – Sümük toxumasını möhkəmləndirir və maddələr mübadiləsini sürətləndirir.

Banan – Sinir sistemini sakitləşdirir və bədənin kalium balansını təmin edir.

Bu meyvələrin hər birinin mövsümünə uyğun və təbii şəkildə istifadə edilməsi orqanizmin vitamin ehtiyacını tam qarşılamağa kömək edir. /Demokrat.az