Bu ölkədə 3 milyon ailə yeməkdən imtina edir – Səbəbi sağlıq deyil

Yeni araşdırmanın nəticələri göstərir ki, Böyük Britaniyada yaşayış xərclərinin kəskin artımı fonunda istehlak tələbi və gündəlik həyat vərdişləri ciddi böhran yaşayır.

“Which” tərəfindən aparılan və LBC tərəfindən yayımlanan məlumatlara görə, hazırda ölkədə təxminən üç milyon ailə kəskin qənaət tədbirlərinə əl atmağa məcburdur. Bu tədbirlərə yemək qəbulundan imtina etmək və maliyyə çətinlikləri səbəbindən yaxın qohumlarla görüşlərin azaldılması da daxildir.

Hesabatda qeyd olunur ki, ölkənin yetkin əhalisinin 85 faizi ərzaq qiymətlərinin səviyyəsindən ciddi narahatdır. Qiymət artımı vətəndaşları həyat tərzlərini dəyişməyə məcbur edir: sorğuda iştirak edənlərin 67 faizi ən azı bir dəfə alış və ya qidalanma vərdişlərini dəyişdiyini bildirib.

Respondentlərin təxminən yarısı (43 faiz) daha ucuz məhsul alternativlərinə keçdiklərini qeyd edib. Bir çoxu supermarketlərdə büdcə seqmentinə üstünlük verir (37 faiz) və xüsusi endirim kampaniyalarını izləyərək ehtiyat toplamağa çalışır (31 faiz).

Bu fonunda istehlakçı etimadı rekord səviyyədə azalıb: apreldə indeks mənfi 62 faizə düşərək 2022-ci ildən bəri ən aşağı göstəricini qeydə alıb. Bununla belə, araşdırmanın metodologiyası, respondentlərin sayı və statistik xəta payı barədə açıq məlumatlar təqdim olunmayıb.