İran Prezidenti Məsud Pezeşkian BRICS ölkələrini Yaxın Şərqdəki münaqişə ilə bağlı müstəqil mövqe tutmağa çağırıb.
Bu bəyanat Pezeşkianın Hindistanın Baş naziri Narendra Modi ilə görüşünün yekununda səsləndirilib.
“Hindistanın hazırda BRICS-ə sədrliyini nəzərə alaraq, Pezeşkian qrupu İrana qarşı təcavüzün dayandırılmasında, regional və beynəlxalq sülhün və sabitliyin təmin edilməsində müstəqil rol oynamağa çağırıb”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, İran prezidenti regionda sülh və sabitliyin qorunması ilə məşğul ola biləcək, Yaxın Şərq ölkələrindən ibarət bir təhlükəsizlik təşkilatının yaradılmasını təklif edib.




