Gümüş və qızıl ucuzlaşıb

“Comex” ticarət platformasında 2026-cı ilin may ayı üçün nəzərdə tutulan gümüş füçerslərinin dəyəri fevralın 17-si 2026-cı il tarixindən bu yana ilk dəfə olaraq bir troy unsiyası üçün 75 dollar həddindən aşağı enib.

Bu, qlobal ticarət məlumatlarında öz əksini tapıb.

Bakı vaxtı ilə saat 09:38-ə olan göstəricilərə əsasən, gümüşün qiyməti 3.54% dəyər itirərək bir troy unsiyası üzrə 74.845 dollar səviyyəsinə qədər geriləyib.

Saat 09:49 radələrində qiymətli metalın ucuzlaşma sürəti qismən səngiyib və dəyəri 74.92 dollar (-3.44%) olub. Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin aprelində çatdırılması planlaşdırılan qızılın bir unsiyasının qiyməti isə 4839.50 dollar (-1.16%) kimi qeydiyyata alınıb.