İrandan bu ölkəyə qaz tədarükü tamamilə dayandırıldı

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb.

Bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfıra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub, elektrik sistemində pozuntulara səbəb olub.

Səlahiyyətli qurumlar yaranan çatışmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürlər.