Prezident Mixail Zabelini təltif etdi

Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu orden ona Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı Zabelin Mixail Yuryeviçin sabah 80 yaşı tamam olur.