Məşhur meydançanın pilləkəni beyin ağrıtdı – VİDEO

0
510

İnsanların çoxu pilləkanın doğrudan hərəkət edib-etmədiyi ilə maraqlanıb. Bəziləri isə memarın işini tərifləyiblər

Milandakı “San-Siro” meydançasındakı vintvari pilləkəndə yaşanan optik illüziya sosial şəbəkə istifadəçilərini çaş-baş salıb.

Twitter-də paylaşılan videonu 60 min istifadəçi bəyənib, xeyli şərhlər yazılıb.

“”San-Siro”nu tərk edən insanlara baxanda adama elə gəlir ki, bütün spiralvari konstruksiya hərəkət edir”, – paylaşımın müəllifi yazıb.

​İnsanların çoxu pilləkanın doğrudan hərəkət edib-etmədiyi ilə maraqlanıb. Bəziləri isə memarın işini tərifləyiblər.

Videonun altında “Bu eskalatordur? Ancaq bu halda video montaj deyil, gerçək ola bilər”, “Bu necə olur ki, o tərpənmir? Lap çaşdım”, “O dönür, məni heç kim bunun əksinə inandıra bilməz”, “Əsl hərəkətdə olan dizayn”, “Mənim beynim xəstələndi” kimi şərhlər yazılıb.