1 vəkil Kollegiyadan çıxarıldı, 3-ü cərimə olundu

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıından xaric edilib.

Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bundan başqa, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmək tapşırılıb, 3 vəkil isə cərimələnib.