Bu gün Qəbələ rayonunun Zərgərli kəndindən olan qəhrəman şəhidimiz Mikayılov Şöhrətin mövlud günü münasibətilə xatirəsi ehtiramla yad edildi.
Keçirilən anım mərasimində şəhid ailələri, din xadimləri, yaxınları və kənd ictimaiyyəti iştirak edərək igid Vətən oğlunun əziz xatirəsini hörmət və dualarla anıblar. Tədbir zamanı şəhidimizin keçdiyi şərəfli ömür yolundan bəhs olunub, onun Vətən uğrunda göstərdiyi şücaətin heç zaman unudulmayacağı vurğulanıb.
Ziyarət zamanı Qurani-Kərim tilavət olunub, şəhidimizin ruhuna dualar oxunub. Bildirilib ki, Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız xalqımızın qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Şəhid Mikayılov Şöhrətin əziz xatirəsi hər zaman ehtiramla anılacaq və gələcək nəsillərə örnək olacaq.
Mikayılov Şöhrət İkram oğlu 2002ci il 26 fevral Qəbələ rayon Zərgərli kəndində anadan olmuşdur.2008ci il Qəbələ rayon Zərgərli kənd 1saylı tam orta məktəbinə daxil olmuşdur.2019cu ildə Nic qəsəbə 4saylı tam orta məktəbi bitirmişdir.2019cu ildə komputer kursuna getmişdir və sertifkatla təltif olunmuşdur.2020ci il aprelin 2si hərbi xidmətə çağrılır və pandemiya səbəbindən mayın 5i çağrışa gedir.Hərbi xidmətini Beylaqan 006 çasta yerinə yetirmişdir.3ay keçdikdən sonra avqustun 15 yanına getmək üçün hazırlaşırıq və ayın 14ü axşamı Anam anidən dünyasını dəyişir biz gedə bilmirik ayın 15i Qardaşım gəlir Anamı dəfn edirik.Qardaşım 5 gün bizlə olur sonra çastına geri qayıdır.27.09.2020ci il 2ci Vətən müharibəsi başladığı gündən Füzuli.Zəngilan.Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Ən son bizimlə əlaqəsi 30 oktyabır Zəngilan rayonunda olarkən olub Şöhrətin bizə son sözləri hər şey yaxşıdır irəliyə gedirik Qələbə bizimdir.31 oktyabır 2020ci il Qubadlı istiqamətində gedən döyüşlərdə Qəhramancasına Şəhid olmuşdur.1noyabır 2020ci ildə Qəbələ rayon Zərgərli kənd qəbirsanlığında dəfn olunmuşdur.Ölümündən sonra “Vətən uğrunda” ,”Şücaətə görə”,”Cəsur döyüşçü”,”Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunub.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri





