“İnsanın qocalması 25 yaşından başlayırlar”.
Bu fikri Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin rəhbərinin birinci müavini Tatyana Yakovleva səsləndirib.
“İstəsək də, istəməsək də, yaşlanma prosesi 25 yaşdan başlayır”, – deyə Yakovleva bildirib.
Onun sözlərinə görə, dünyada qocalmanın əlamətləri və mexanizmləri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur.
Mütəxəssis bu nəzəriyyələr arasında metabolik pozuntuları, sarkopeniyanı (əzələ kütləsinin azalması) və “zombi-hüceyrələr” kimi tanınan qocalmış hüceyrələrin yaranmasını xüsusi qeyd edib.




