Bu iki ölkə Rusiya sərhədində birgə poliqon yaradır

Polşa və Litva sərhəd qüvvələrini gücləndirmək üçün Rusiyanın Kalininqrad vilayəti yaxınlığında sərhədyanı təlim poliqonu yaratmağı planlaşdırır.

Bu barədə “The National Interest” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, iki qonşu ölkənin birgə poliqonu Suvalki dəhlizini “Polşa və Litva qüvvələri ilə komplektləşdirilmiş NATO forpostuna” çevirəcək.

Ötən ilin dekabrında Litva müdafiə nazirinin müavini bəyan edib ki, Polşa Suvalki dəhlizi zonasında Litva poliqonuna bitişik ərazidə poliqon tikintisi planlaşdırır.