Oftalmoloq Mixail Konovalov rusiyalılara bir alkoqolsuz içki ilə bağlı xəbərdarlıq edilib.
Həkim bu barədə Birinci Kanalın “Sağlam Yaşayın!” verilişində bildirib.
Konovalovun sözlərinə görə, kumıs qəbul etmiş insanlar içkinin tərkibində spirt olduğu üçün maşın sürməməlidirlər.
“Zəif kumısda 1 faiz, orta kumısda 1 faizdən 2,5 faizə qədər, güclü kumısda isə 2,5 faizdən 4,5 faizə qədər spirt olur.
Əlbəttə ki, maşın sürməzdən əvvəl kumıs içməmək yaxşıdır. Alkoqol həm qanınızda, həm də nəfəsinizdə görünə bilər”, – deyə oftalmoloq xəbərdarlıq edib.




