Pentaqonun keçmiş müşavirindən qalmaqallı açıqlama: Odessa və Xarkov Rusiya şəhərləridir

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor Odessa və Xarkovun Rusiya şəhərləri olduğunu bildirib. 

Analitik bu barədə sosial mediada yazıb.

“Odessa tarixən hər kəsin rus dilində danışdığı bir Rusiya şəhəridir”, – deyə o bildirib.

Analitikin sözlərinə görə, Xarkov da tarixi Rusiya şəhəri hesab olunur. Makqreqor qeyd edib ki, Rusiya Silahlı Qüvvələri bu şəhərləri nəzarətə götürməyə və Kiyevə mümkün qədər yaxınlaşmağa qadirdir.