50 yaşdan yuxarı olanların oxuması lazım olan 6 yəhudi atalar sözləri

Yəhudi ailələrində uşaq böyütməyin özəllikləri haqqında bütün dünya eşidib. Övladları kiçik yaşlarından özünü və həyatı sevərək böyüdülür, uşaqlara ən yaxşısını, o cümlədən gələcək peşəyə marağı yatırmağa çalışırlar ki, insan nəinki özünü təmin etsin, həm də potensialını reallaşdırsın.

Psixoloqlar belə qənaətə gəliblər ki, ən xoşbəxt insanlar heç nə etməyə ehtiyacı olmayanlar deyil, gənclik illərindən pərəstişkarları tərəfindən izlənilənlər deyil. İşə məmnuniyyətlə gedənlər və sonra evlərinə sevinclə qayıdanlardı.

Yəhudi ana heç vaxt oğluna və ya qızına deməz: Kimə oxşamısan bu bəxtsizlikdə? Böyüyəndə başa düşəcəksən, amma gec olacaq. Amma yaşamaq üçün heç vaxt gec deyil. Bizim əlimizdə vaxtından əvvəl sərf edə biləcəyimiz və qaçılmaz itkidən əvvəl imtina edə biləcəyimiz heç bir kozırımız yoxdur.

Bəs yəhudilər 50 yaşına çatanda özlərinə hansı ifadələri deyirlər?

Həyata marağı itirmək olmaz!

İstəməmək, bu, bacarmamaqdan daha pisdir.

Həyata marağınızın olub olmadığını necə yoxlamaq olar? Masada oturun, boş bir vərəq götürüb, 10 arzunuzu yazın – kiçik və qlobal, qeyri-real və absurd: çiyələkli dondurmadan dənizə səyahətə, kitab yazıb kosmosu fəth etmək istəyindən, qonşuda yaşayan cinayətkardan qisas almaq. Ya da kiminsə sənə verəcəyi borcu unutmasından.

10-dan çox istəyinizi də yaza bilərsiniz. Daha azı isə mümkün deyil.

Oturub və uzun müddət hər bir sətir haqqında düşünürsən? Bəlkə də həyatınızda hər şey o qədər yaxşıdır ki, bütün ehtiyaclarınız çoxdan bağlanıb. Ancaq bu, eyni zamanda, narahatedici bir simptomdur. Sanki hərəkətsiz dayanıbsınız və sonra hara hərəkət edəcəyini bilmirsən. Həyatın təzahürlərinə biganəlik norma hesab edilməz.

Gənclərlə dava edib söyüş söymək olmaz

Qocalar gəncləri anlayacaq, cavanlar isə, qocaları başa düşməyəcək.

Təmkin müdrikliyin sinonimlərindən biridir. Yaşlı qohumlar, həqiqətən, uşaqlarının düzgün qərarlar verməsini və düzgün davranmasını istəyirlər. Ancaq təəssüf ki, beyninizi onlara köçürə bilməzsiniz. Və məsləhət və mühazirələrlə dünən sizi dost kimi görən bir gənci özündən uzaqlaşdıra bilərsiniz.

İsrailin ən məşhur qadını, baş nazir vəzifəsini icra edən “dəmir ledi” Qolda Meir deyib: Heç vaxt çətinlikdən daha yaxşı sparrinq (məşqdə başqa bir güləşçiyə texnika və zərbələri öyrədən məşqçi) tərəfdaşı tapa bilməzsiniz.

Bəlkə gəncləri bu qədər canfəşanlıqla nəyəsə inandırmağa çalışmamalıyıq? Həyat ən yaxşı müəllimdir.

Başqaları üçün də yaşa

Özünüzə diqqət edin, amma nəsliniz üçün bir şey qoymağı unutmayın.

Pulun varsa pulunnan, yox əgər pulun yoxdursa? Xeyirxahlıq, sevgi, dəstək, problemlərlə üzləşəndə başını dik tutmaq bacarığı, yumor, bütün hallar üçün məsləhət vermək. Başqalarının həyatında təkcə pulla deyil, həm də xoş xatirələrlə qala bilərsiniz.

Məşhur aktrisalardan biri deyib ki, valideynləri ona böyük bir miras qoyublar: onlar onu oxumağa və mükəmməl təhsil almağa məcbur ediblər, bu da onu bütün həyatı boyu təmin edib, dünyanı görməyə kömək edib, həm də qardaş və bacılarına dost olmağı öyrətmişlər. Bir-birinin köməyinə gəlmək, kədərini, sevincini bir-biri ilə bölüşmək.

Az əsəbiləşmək, özündən çıxmaq

Bu məqamda iki hikmətli atalar sözünü qeyd etmək lazımdır:

“Dünyanın sənə xoş gəlmədiyini qışqırsan da, olduğu kimi qalacaq”.

“Gənc ağac əyilir, qoca ağac qırılır”.

Birincisi gözümüzü insanın çox dəyişməyə qadir olmadığına açır, ikincisi isə buna kəskin reaksiya verməməyi öyrədir. Dözümlülük və qaçılmaz olanı qəbul etmək bacarığı 50 yaşdan sonra insanın əsas xüsusiyyətləridir. Artıq psixika əvvəlki kimi deyil, əsəb sistemi köhnəlib, ürək əvvəlki kimi möhkəm deyil. Bir gəncin çiynini çəkə bildiyi yük, yaşlı bir insan üçün ölümcül zərbə ola bilər. Hər hansı münaqişələrdən çəkinin. Mübahisədə kimin qalib çıxacağı o qədər də önəmli deyil, əsəblərinizin qayğısına qalmaq vacibdir.

50-dən sonra həyatın mənası

Bir çox insanlar çaşqınlıq içərisindədir və daha necə və nə üçün yaşamalı olduqlarını başa düşmürlər: uşaqları böyüdü, özləri nəvələri ilə yaxşı öhdəsindən gəlirlər, işdə daha çox gənclər var, pensiya yaxınlaşır, güc sürətlə azalır, gəlir isə azalır. Nə etməli?

Yəhudilər deyirlər: Heç bir şey etməyə ehtiyac yoxdur. Sevimli kreslonuzda oturun və zövq alın, baxın, dinləyin, nəğmə oxuyun, yazın, dadlı bir şeylər yeyin. Ömrünüz boyu heç vaxt vaxtınız olmadığından etmədiyiniz şeyləri edin.

“Heç olmasa maraq naminə yaşamaq lazımdır”

Özünə ironiya ən yaxşı yol yoldaşıdır. Həyat, real həyat indi bütün əzəməti ilə özünü sizə göstərəcək.

Esmira ŞÜKÜROVA