Bu il Estoniyanın müdafiə büdcəsi respublika üçün rekord göstərici olan ümumi daxili məhsulun 5.4%-nə çatacaq.
Bunu Baş nazir Kristen Mixal açıqlayıb.
“2026-cı ildə Estoniyanın müdafiə xərcləri tarixi rekord həddədir: Təxminən 2.4 milyard avro və ya ÜDM-in 5.43%-i”, – deyə Estoniya hökumətinin başçısı vurğulayıb.
O həmçinin ötən il Müdafiə Nazirliyi tərəfindən planlaşdırılan bütün satınalmaların uğurla başa çatdığını və nəticədə ümumi dəyəri 545 milyon avro olan silah və sursatın alındığını qeyd edib.




