Ukrayna döyüşlərində azərbaycanlı itkin düşdü – FOTO

Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov itkin düşüb.

Bu barədə hərbi bloger Tofiq Şahmuradov “Facebook” hesabında paylaşım edib.

“B.Abbasovun sonuncu dəfə Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak etdiyi haqqında məlumat var”, – hərbi bloger əlavə edib.