Babayev Ağaşirin Feruz oğlunun Vətən müharibəsində şəhid olmasının 5-  cü  il dönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Babayev Ağaşirin Firuz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən  5  il keçir. Bu münasibətlə rayon sakinləri Qəbələ, Oğuz  şəhid ailələri, qazilər,, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi,din xadimləri, Qəbələ TV , yazarlar iştirak etmişdir 
 Əvvəlcə şəhid Ağaşirin Babayevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. 

Babayev Ağaşirin 2001 çi il 16 mayda Qəbələ rayonu Qəmərvan kəndində anadan olub. Orta təhsilini 2007- 2018 çi illərdə Qəbələ şəhəri 3 saylı tam orta məktəbində alıb. 2019 cü ildə həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini davam etdirən zaman 2020 çi il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. 3 noyabrda Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 18 noyabrda müqəddəs nəşi ailəsinə təhvil verilib.