Şəhid Babayev İqbalin şəhadətinden 5 il ötür 

Qəbələ şəhəri Şəhid əsgər Babayev İqbal Zəki oğlu 1995 ci il sentyabr ayının 10-u Qəbələ şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Xətai rayonu 257 saylı orta məktəbdə almışdır. 2013 cu ildə Xəzər Universitetinə daxil olub. Ali təhsilini ikinci kursdan Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasında davam etdirmişdir. 2018 ci ildə həqiqi hərbi xidmətə getmişdir. Babayev İqbal həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə yerinə yetirmişdir. 2020 ci ildə İyul ayında baş verən döyüşlər İqbala da təsir etmiş və SHXÇDX mərkəzinə yaxınlaşıb adını könüllü olaraq yazdırmışdır. Şəhidi Babayev İqbal 2020 ci il 21 sentyabrda başlanan təlimlərə qatılmış, 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində bir neçə yerin düşməndən azad olunmasında yaxından iştirak etmişdir. 2020 ci il 25 oktyabrda Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2020 ci il 28 oktyabrda Qəbələ şəhər qəbristanlığında dəfn olunmuşdur.

Allah rəhmət eləsin şəhidlərimizə 

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri