Çinin kurort bölgəsində HƏYƏCAN siqnalı verildi – Ölüm saçan qasırğa yaxınlaşır

Çinin Haynan kurort adasının cənubunu “Fenşen” tropik qasırğası vuracaq. Qasırğa oktyabrın 21-22-də bölgəyə leysan yağışlar və güclü külək gətirəcək.

Bu barədə Çin Meteorologiya İdarəsindən məlumat verilib.

Məlumata görə, küləyin sürəti 30 m/s-ə çatacaq.

Qasırğa Cənubi Çin dənizindəki Sişa adaları üzərindən keçəcək. Əlverişsiz hava Haynan adasının Sanya şəhərinə təsir edəcək. Oktyabrın 22-23-də qasırğa Vyetnamın mərkəzi hissəsinə çatacaq.

Qeyd edək ki, oktyabrın 19-da Filippində “Fenşen” qasırğası nəticəsində 8 nəfər ölüb, daha iki nəfər itkin düşmüş hesab olunur.