Azərbaycanlı cüdoçu dünya çempionatının finala yüksəlib

0
618

Qazaxıstanın Almatı şəhərində kadetlər arasında cüdo üzrə dünya çempionatı davam edir.

Yarışın ikinci günündə idmançımız Kamran Süleymanov (60 kq) otuzikidəbir finalda braziliyalı Felipe Limanı məğlub edib. Növbəti mərhələdə ukraynalı Vladislav Kazimirovu üstələyən cüdoçumuz səkkizdəbir finalda ermənistanlı Styopa Darbinyanı məğlubiyyətə uğradıb. Dörddəbir finalda Qazaxıstan təmsilçisi Marlen Adilə qalib gələn K.Süleymanov yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi qırğızıstanlı Çingizxan Saqinaliyev olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala yüksəlib.

Bu çəki dərəcəsində mübarizəyə aparan digər cüdoçumuz Turan Bayramov onaltıdabir finalda italiyalı Simone Aversanı məğlub edib. Səkkizdəbirdə Monqolustan təmsilçisi Bulqantamir Davadorju üstələyən T.Bayramov növbəti görüşündə qazaxıstanlı Nursultan Zaizaqaliyevə qalib gələ bilməyib. Lakin cüdoçumuz təsəlliverici görüşdə kiprli Georgios Balarjişvilini mübarizədən kənarlaşdırıb. T.Bayramov bürünc medal uğrunda qarşılaşmada qırğızıstanlı Çingizxan Saqinaliyev ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionatda ölkəmizi 18 cüdoçu təmsil edir.