Çin qlobal iqtisadiyyatın parçalandığını elan etdi

Qlobal iqtisadiyyatın parçalanması prosesi hazırda sürətlənir, qeyri-sabitlik və qeyri-müəyyənlik isə getdikcə artır.

Bu fikirləri Çinin ticarət naziri Vanq Ventao öz rəsmi saytında bildirib.

Nazirin sözlərinə görə, son illər Çin ilə beş Şimali Avropa ölkəsi arasında ticarət-iqtisadi əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir və səmərəli nəticələr verir.

O qeyd edib ki, Çin islahatların hərtərəfli dərinləşdirilməsinə və yüksək səviyyəli açıq iqtisadi siyasətin genişləndirilməsinə sadiq qalacaq.

“Biz xarici şirkətlərin, o cümlədən Şimali Avropa ölkələrindən olan şirkətlərin Çin bazarında fəaliyyətini və genişlənməsini alqışlayırıq”, – deyə nazir əlavə edib.