Rusiya hərbçiləri Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin (UAF) pilotsuz katerləri ilə döyüşə girib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qara Dəniz Donanması Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus 6 pilotsuz kateri məhv edib”, – məlumatda deyilir.
Müdafiə Nazirliyi toqquşma ilə bağlı təfərrüat verməyib.
Qeyd edək ki, oktyabrın 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə əllidən çox pilotsuz təyyarə buraxıb. Məlumata görə, hava hücumundan müdafiə sistemləri bir gecədə 51 təyyarəni vurub. Saratov vilayətində isə 12 PUA ələ keçirilib.




