III MDB Oyunları: Qızlardan ibarət Azərbaycan voleybol millisi bürünc medal qazandı

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol üzrə üçüncü yer uğrunda matç baş tutub.

Azərbaycanın qızlardan ibarət millisi Özbəkistana qalib gələrək (3:1) bürünc medal qazanıb.

Qeyd edək ki, voleybol yarışlarına bu gün yekun vurulacaq. Finalda Belarus və Rusiya komandaları qarşılaşacaqlar.