Rusların proqnozu özünü doğrultmadı: Yerin maqnit sahəsi…

Proqnozlar özünü doğrultmayıb: geomaqnit sahəsinin pozulması sentyabrın 30-da “orta” intensivliyə çatıb.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu (IAP) məlumat yayıb.

Bildirilir ki, hazırda Yerin maqnit sahəsinin pozulma dərəcəsi beş səviyyəli şkala üzrə “G2” səviyyəsindədir. Qeyd edək ki, bu şkala üzrə “G5” ən güclü, “G1” isə zəif pozulmanı göstərir.

Xatırladaq ki, əvvəlcə rusiyalı mütəxəssislər sentyabrın 29-da başlayan “G1” maqnit qasırğasının bir neçə saat davam edə biləcəyini, lakin uzun sürməsinin ehtimalının az olduğunu bildirmişdilər.