İsrailin bu şəhərinə PUA zərbəsi endirildi: 20 nəfər yaralandı

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) İsrailin Eylat bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Nəticədə azı 20 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.