UVB-76 radiostansiyasının efirində “qardaş” və “mükəmməl” sözləri eşidilib.
Bu barədə “UVB-76 logi” Telegram kanalı məlumat yayıb.
“Qiyamət günü” radiostansiyası ilk sirli mesajını sentyabrın 15-də Bakı vaxtı ilə saat 10:06-da verib. Bunun ardınca dörd dəqiqə sonra ikinci şifrəli mesaj gəlib. Belə tez-tez ötürmələr qeyri-adidir: UVB-76 mesajları adətən ardıcıl olaraq deyil, təxminən bir saatlıq fasilələrlə ötürür.
NJTI 57682 BRATETS 8197 9997
NZhTI 26904 PERFEKT 9849 2505




