Ermənistan hakimiyyəti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini siləcək.
Yeni möhür forması Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında təsbit edilib.
Bildirilir ki, qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.




