Avropa ölkəsində Rusiya bayrağı qaldırıldı, Kiyev hərəkətə keçdi

Ukrayna Venesiya Film Festivalında qaldırılan Rusiya bayrağına görə etirazını bildirib.

Bu barədə “Strana” nəşri yazıb.

“Ukraynanın Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi Venesiya Film Festivalında Rusiya bayrağının olmasını pisləyib”, – məlumatda deyilir.

Ukraynanın yüksək rütbəli rəsmiləri təşkilatçıları “Rusiya varlığından və Rusiya bayrağından qurtulmağa” çağırıb.