Çimərlik mövsümü başlayandan boğulma təhlükəsi ilə üzləşən neçə nəfər xilas edilib?

Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət olunan çimərliklərdə ölüm faktı qeydə alınmayıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, çimərlik mövsümü başlayandan suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər vətəndaş xilasedicilər tərəfindən xilas edilib.

Xatırladaq ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Çimərlik mövsümü başlamadan əvvəl Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə üzrə çimərliklərin monitorinqini aparıb.