Fələstin tezliklə Qəzza ilə bağlı bu qərarı elan edəcək

Fələstin hökuməti tezliklə Qəzza zolağının idarə olunması üçün müvəqqəti komitənin yaradılmasını elan edəcək.

Bunu Fələstinin baş naziri Məhəmməd Mustafa Rəfah keçid məntəqəsi yaxınlığında keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Biz tezliklə Qəzzanı idarə etmək üçün müvəqqəti komitənin yaradılmasını elan edəcəyik”, – Mustafa qeyd edib.

O əlavə edib ki, komitə Fələstin Milli Administrasiyasının nəzarəti altında olacaq.

Qəzza zolağı 2023-cü ilin oktyabrından İsrail və HƏMAS arasında döyüşlər fonunda böhran vəziyyətindədir. Fələstin Milli Administrasiyası daha əvvəl münaqişə bitdikdən sonra orada nəzarəti öz üzərinə götürməyə hazır olduğunu bəyan etmişdi, lakin yeni hökumət strukturunun formalaşdırılması prosesi müxtəlif siyasi qüvvələr arasında mübahisə predmeti olaraq qalır.