Sabah lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 26 avqust tarixində isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur.

“İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.