Kamçatkada beş vulkan aktivdir – Xəbərdarlıq

Hazırda Kamçatkada beş vulkan aktivdir.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əraziyə yaxınlaşmaq tövsiyə edilmir.

İyulun 30-da Kamçatkada baş verən güclü zəlzələdən sonra vulkanlarda aktivlik artmağa başlayıb.