İsrailin insan haqları təşkilatları “B’Tselem” və “Physicians for Human Rights” ölkə hakimiyyətini fələstinlilərə qarşı soyqırımda ittiham edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“İsrailin Qəzza zolağındakı siyasəti və onların dəhşətli nəticələrinin təhlili, eləcə də İsrailin yüksək səviyyəli siyasətçiləri və hərbi komandirlərinin hücumun məqsədləri ilə bağlı açıqlamaları birmənalı nəticəyə gəlməyə əsas verir ki, İsrail Qəzza zolağında Fələstin cəmiyyətini məhv etmək üçün koordinasiyalı, düşünülmüş hərəkətə keçib. Başqa sözlə: Qəzza zolağında İsrailin ən qəzəbli soyqırımı baş verir”, – təşkilatların açıqlamasında deyilir.
Təşkilat İsrail hakimiyyətinin fələstinlilərə qarşı törətdiyi soyqırımın Qəzza zolağından kənarda başqa ərazilərə də yayıla biləcəyindən ehtiyat edir.
“B’Tselem” İsrail cəmiyyətini və beynəlxalq ictimaiyyəti soyqırımı dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Öz növbəsində “Physicians for Human Rights” təşkilatı İsrail hakimiyyətini qəsdən, tədricən Qəzzanın səhiyyə sistemini və bununla da əhalinin sağ qalmaq imkanlarını məhv etməkdə ittiham edib.
Təşkilat xəstəxanaların, tibbi avadanlıqların dağıdılması, dərman çatışmazlığının yaradılması, eləcə də kütləvi aclıq üçün şərait yaradılması faktlarını qeyd edib. Təşkilatın fikrincə, bu, soyqırımı kimi qiymətləndirilə bilər.




