İran uranı zənginləşdirmək planlarını açıqladı

İran İslam Respublikası Məclisi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq planlarını açıqlayıb.

Bu barədə ölkə parlamenti bəyanat yayıb.

Bildirilib ki, İran beynəlxalq aktdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina etməyə hazırdır. Tehran uranın 60 faizdən yuxarı səviyyəyə qədər zənginləşdirilməsinə başlamaq imkanını bu addıma alternativ adlandırır. Hakimiyyət dövlətə qarşı sanksiyaların gücləndirilməsi təhlükəsinə belə cavab vermək istəyir.

Bundan əvvəl Qərb İrana nüvə sazişi bağlamaq üçün son tarix qoyub. İslam Respublikası avqustun sonuna kimi ABŞ-la razılığa gələ bilməsə, ona qarşı yeni ciddi sanksiyalar tətbiq olunacaq.