“Günay” Uşaq Teatrı Rasim Məmmədovun 60 illik yubileyində iştirak etdi

11 iyul 2025-ci ildə İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti Rasim Məmmədovun 60 illik yubiley mərasimi keçirilib. Tədbirdə “Günay” Uşaq Teatrının rəhbərliyi və nümayəndələri də iştirak edərək, yubilyara həsr olunmuş çıxışlar və performanslarla ona təbriklərini çatdırıblar.
Teatrın sənətçiləri öz yaradıcılıq nümunələri ilə məclisə xüsusi ruh gətirdilər, Rasim Məmmədovun doğum gününü, yubileyini daha da şən və yaddaqalan etdilər. Bu tədbir, mədəniyyət və ictimai həyatımızın qaynaşmasının bir daha gözəl nümunəsi oldu.
“Günay” Uşaq Teatrı öz fəaliyyətində daim milli dəyərlərimizi qoruyub yaşadan, gənc nəslin tərbiyəsində mühüm rol oynayan layihələrə imza atır. Bu dəfə də onların səhnə performansı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Rasim Məmmədova uzun ömür, yaradıcılıq uğurları və Azərbaycan mədəniyyətinə qatdığı töhfələrə görə bir daha öz minnətdarlıqlarını bildirdilər!