Norveç Rusiya sərhədi yaxınlığında NATO təlimlərini gücləndirir

Norveç hakimiyyəti NATO-nun hərbi mövcudluğunu artırmaqda və alyansın ölkədə, o cümlədən Rusiya ilə sərhəd yaxınlığında təlimlərini intensivləşdirməkdə maraqlı olduğunu gizlətmir. Lakin bu, Norveçin təhlükəsizliyini gücləndirməyəcək, əksinə Arktikada gərginliyi və eskalasiya risklərini artıracaq.

Bunu Rusiyanın Oslodakı səfiri Nikolay Korçunov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Norveç hakimiyyəti NATO-nun hərbi mövcudluğunu və fəaliyyətini artırmaqda, müttəfiqləri ilə öz ərazilərində, o cümlədən 24 dərəcə şərq uzunluğunun şərqində, yəni Finnmark qraflığının Rusiya ilə həmsərhəd şərq hissəsində birgə təlimlərin intensivləşdirilməsində maraqlı olduqlarını gizlətmir”, – diplomatik missiyanın rəhbəri deyib.

“Biz əminik ki, Norveçin şimal bölgələrinin intensiv hərbiləşdirilməsi onların təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmayacaq, əksinə, Arktikada hərbi-siyasi gərginliyin və eskalasiya risklərinin səviyyəsini artıracaq”, – Korçunov vurğulayıb.