Rusiya Odessaya dronlarla hücum etdi

İyunun 28-nə keçən gecə Rusiya dronlarla Ukraynanın Odessa şəhərinə hücum edib.

Pilotsuz uçuş aparatlarından biri binaya çırpılıb. Nəticədə mənzildə olan ər-arvad həlak olub. Həmçinin şəhərdə biri uşaq olmaqla, altı nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.