Xəsarət alan “Azərişıq” ASC əməkdaşlarının vəziyyəti ağırdır – Nazirlik

0
424

Səhiyyə Nazirliyi Qubada “Azərişıq” ASC əməkdaşlarının qəzaya uğraması ilə bağlı məlumat yayılıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Qubanın Söhüb kəndində avtomobil dərəyə aşıb.

İki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha iki nəfər isə ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.

O da bildirilib ki, yaralılardan biri komadadır.