Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq

0
30

Pentaqon Tayvanla bağlı potensial münaqişənin ilkin mərhələsində Sakit Okeandakı ABŞ aerodromlarına Çinin pilotsuz təyyarələrinin hücumundan ehtiyat edir.

Bu barədə “Washington Post” qəzeti Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin tədqiqatçısı Steysi Petticona istinadən məlumat yayıb.

“Pentaqon Sakit Okeanda bundan qorxur. ABŞ adətən öz təyyarələrini aerodromlarda bir-birinə yaxın, çox vaxt açıq havada saxlayır. Çin subsursatı olan ballistik raketlərini kaset sursatları kimi istifadə edə bilsə də, uzaqdan idarə olunan dronlardan da müqayisə edilə bilən effekt əldə etməyin “çox ucuz yolu” kimi istifadə edə bilər”, – Petticon qəzetə deyib.

ABŞ Şimal Komandanlığının keçmiş rəhbəri, general Qlen VanHerk bildirib ki, əgər düşmən Birləşmiş Ştatların kritik infrastrukturu yaxınlığında silah istehsal edən komponentləri qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etsə, onu aşkar etmək çox çətin olacaq.