Amerikalı milyarder İlon Mask “XChat” adlı təhlükəsiz mesajlaşma xidmətini təqdim edib.
“X”dəki bu funksiya “WhatsApp”, “Telegram” və “iMessage” kimi mesajlaşma platformalarına birbaşa rəqib olaraq, məxfiliyə, fayl paylaşımına və platformalararası zənglərə diqqət yetirir.
Maskın sözlərinə görə, “Xchat” sürəti və yaddaş təhlükəsizliyi ilə tanınan “Rust” proqramlaşdırma dilindən istifadə edilərək, tamamilə sıfırdan qurulub.
O, iddia edir ki, tətbiqdə indi “Bitcoin” tipli şifrələmədən istifadə edilir, bu da mesajlaşma funksiyalarına yeni məxfilik səviyyəsini əlavə edir. Başdan sona şifrələmə sayəsində “XChat”da söhbətlər tamamilə məxfi qalır – onları yalnız göndərən və qəbul edən şəxs görür. Bildirilir ki, istifadə olunan şifrələmə üsullarının kriptovalyuta şəbəkələrində istifadə edilənləri xatırladır, bu da yüksək məlumat təhlükəsizliyi standartı vəd edir.
“XChat” hazırda məhdud sayda beta testerləri üçün əlçatandır.