Emma Uotsonun atasından “Harry Potter” serialı ilə bağlı XƏBƏRDARLIQ – Qorxmalıdırlar!

0
21

“Harry Potter” filmlərinin ulduzu Emma Uotsonun atası Kris, yazıçı J.K. Roulinqin kitablarının televiziyaya uyğunlaşdırılmasına münasibət bildirib.

O, baş rollara seçilmiş yeni uşaq aktyorların valideynlərinə xəbərdarlıq edib.

“Valideynlər qorxmalıdır. Bu həm valideyn, həm də uşaq üçün çox çətin bir iş olacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, onların ailədə filmlərə çox baxılmaması və o qədər də əhəmiyyət verilməməsi bu işin öhdəsindən gəlməyə kömək edib. Məhz buna görə də qızı reallıqla əlaqəni kəsməyib.

Qeyd edək ki, “HBO” film şirkəti serial üçün aktyor seçərkən onların kitabdakı prototiplərə çox bənzəməsinə üstünlük verildiyini açıqlayıb.